Gəncədə kikboksinq üzrə çempionu niyə öldürüblər? - Təfərrüat açılır

img

24-02-2016 [14:11]


Gəncədə kikboksinq üzrə Azərbaycan çempionu Elmir Cəlilovun qətli ilə bağlı yeni detallar məlum olub. Güllələnən idmançının yaxınlarının Musavat.com-a verdiyi məlumata görə, məsələnin kökü Elmir Cəlilovun həyat yoldaşının xalası oğlunun xeyli müddət əvvəl maşın almasına gedib çıxır. O, avtomobil alıb, alverçiyə 500 manat borclu qalıb. 

Pulunu ala bilməyən alverçi Elmir Cəlilovun qohumundan Gəncədə kriminalla bağlılığı olan şəxslərə şikayət edib. Onlar borclunu "Kəpəz” mehmanxanasının qarşısında görüşə çağırıblar. Elmir Cəlilov isə həmin vaxt dostları ilə çayxanada imiş. Həyat yoldaşının xalası ona zəng edərək, görüş yerinə gəlməsini və onu tək qoymamasını xahiş edib. 

Elmir Cəlilov fevralın 20-si saat 23 radələrində "Kəpəz” mehmanxanasının qarşısını gəlib. Qarşı tərəfdən söhbətdə dörd nəfər iştirak edib. Mübahisə yaranıb, tərəflər arasında dava düşüb. Elmir Cəlilova gücü çatmayacağını görən1984-cü il təvəllüdlü Anar Tağıyev maşınında gəzdirdiyi tüfəngdən atış açıb və ikiqat Azərbaycan çempionunu qətlə yetirib. 

Gəncədəki mənbəmizin verdiyi məlumata görə, Anar Tağıyev şəhərdə kriminal əlaqələri ilə tanınır. Onun atası Şahin Tağıyev Rusiyada yaşayır. Onunda da kriminal bağlantıları var. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA