Sabiq icra başçısının cibindən saxta Azərbaycan pasportu çıxdı

img

23-02-2016 [11:39]


Dağıstan Respublikasının Kumtorkala rayonunun keçmiş icra başçısı Ruslan Toturbiyev Minskdə 4 dövlətin saxta pasportuyla saxlanılıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Belarus paytaxtında post patrul yoxlaması zamanı Toturbiyevin cibindən İvan Stavilonun adına saxta Moldova pasportu aşkarlanıb. Keçmiş başçının üstü yoxlanılarkən üzərindən saxta Azərbaycan pasportu da çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, onun Ukrayna pasportu da varmış.

Onu da qeyd edək ki, Toturbiyev 2013-cü ildən beynəlxalq axtarışdadır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA