“Topaz”da 80 min uduzdu

img

22-02-2016 [16:00]


Bakı sakini "Topaz”da 80 min manat uduzub.

1988-ci il təvəllüdlü Taleh Musayev nisyə 80 min manat pulu oyunlara yazdırıb.
Hadisə Nərimanov rayonu, A.Nemətulla küçəsi,49Q-də yerləşən "Topaz” idman mərc oyunları məntəqəsində baş verib.

Məntəqəni işlədən Bakı şəhər sakini İlqar Məmmədov polisə müraciət edib və T.Musayevdən şikayətçi olub. O bildirib ki, T.Musayev nisyə 80 min manat pulu oyuna yazdıraraq uduzub, lakin pulunu ödəməyib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Report.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA