Bakıda kütləvi dava, 3 polis yaralandı

img

02-02-2016 [11:57]


Fevralın 1-dən 2-nə keçən gecə Sabunçu rayonu ərazisində yerləşən "Emin” kafesində qanlı dava olub.
 
Sabunçu Rayon Polis İdarəsindən virtualaz.org-a verilən məlumata görə, gecə saat 00.59-da 102 xidmətinə İlham Bəykişi oğlu Məmmədov soyadlı bir nəfər zəng edərək bildirib ki, adıçəkilən kafenin işçiləri ona bıçaqla hücum ediblər.
 
Sabunçu RPİ-nin 5 nəfər əməkdaşı dərhal hadisə yerinə yollanıb. Amma kafedə polislərlə müştərilər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb. Nəticədə üç polis əməkdaşı müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hər üçü 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
 
Buna baxmayaraq, polisə hücum edənləri yaxalamaq mümkün olub. Onlar Beyləqan sakinləri - əvvəllər məhkum olunmuş və polisə zəng etmiş, 1986-cı il təvəllüdlü İlham Məmmədov, 1987-ci il təvəllüdlü Dəyanət Muradov və 1986-cı il təvəllüdlü Ceyhun Məlikovdur.
 
Hazırda faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA