Hirkan Mill Parkında yanğın

img

20-01-2016 [13:33]


Hirkan Mill Parkında yanğın hadisəsi baş verib. 

"Report"un məlumatına görə, yanğın Hirkan Milli Parkı Lənkəran rayonu ərazisinin Türkəncil və Lerik rayonunun "40-cı km" adlanan ərazisində olub.

Hadisə yerinə Lerik və Lənkəran Rayon Yanğından Mühafizə Xidmətinin (RYMX) 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Lənkəran RYMX-dən "Report"a bildirilib ki, meşə massivindən kənarda yerləşən kol-koslar yanıb. Lakin kənd sakinləri yanğının daha geniş sahəni əhatə etdiyini və parkın ərazisində baş verdiyini deyiblər. 

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA