20-01-2010 [06:14]
AXCP sədri Əli Kərimli öz bloqunda ?20 yanvar günü mən necə sağ qaldım?? yazısı ilə çıxış edib. Ə.Kərimli bu yazıda indiyə kimi ictimayyətə açıqlamadığı bir çox məqamlara toxunaraq, 20 yanvarda ölüm təhlükəsiylə üz-üzə qaldığını vurğulayıb: ?Bizi maşından düşürüb faktiki əsir aldılar. Əmr etdilər ki, üzümüzü divara çevirib, əllərimizi də yuxarı qaldıraq. Üzümüzü çevirdiyimiz divar isə indiki Nəqliyyat Nazirliyi binasının həyətinə açılan (Tbilisi prospektini kəsən küçə tərəfdən) dəmir şəbəkə qapı idi. Üstümüzü yoxlayıb silahımız olmadığına əmin oldular. Maşını yoxlayıb yük yerindəki yandırıcı qarışıqlarla dolu şüşə qabları tapdılar. Asfalta çırpıb şüşə qabları sındırdılar. Hər şeyin bitdiyini düşündük. Komandir əsgərlərinə əvvəlcə ?Atəşə hazır ol!? əmrini, sonra da bizi güllələmək əmrini verdi. Əsgərlər əmri yerinə yetirib atəş açdılar. Atəşdən sonra ilk ağlıma gələn o oldu ki, mən sağam, ani olaraq düşündüm ki, yəqin yaralanmışam, yara isti olduğundan hələ ağrını hiss etmirəm. Bədənimin müxtəlif nahiyələrini tərpədərək bir neçə saniyəyə əmin oldum ki, Allah bizi yenə saxlayıb?.
Ə.Kərimlinin 20 il ərzinə susaraq gizli saxladığı məsələrlə bağlı indi yazı yazması diqqətimizi çəkdi və bu yazıdakı bəzi məqamları aydınlaşdırmaq üçün həmin illərdə Əli Kərimli ilə birgə tələbə hərəkatının fəallarından olan BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə müraciət etdik. Qüdrət Həsənquliyev Müstəqil İnformasiya Agentliyinin mövzu ilə bağlı suallarını ətraflı cavablandırıb::
- Mən də bir az əvvəl Əli Kərimlinin yazısı ilə tanış oldum və oradakı bir çox faktları oxuduqdan sonra təcübləndim. Mənim qənaətimcə, bu yazı Müsavat Məclisində İsa Qəmbərin bəzi pariyaları və onların rəhbələrini Moskvaya işlməkdə suçlamasına cavab olaraq yazılıb. Əli Kərimli fikirləşib ki, bu məsələ ilə bağlı ona da müəyyən suallar ünvanla bilər və tez belə bir yazı yazıb.
O ki qaldı yazıda əksini tapan fikirlərə, tam əminliklə deyirəm ki, oradakı bir çox fakt doğru deyi. Birinicisi, Əli Kərimli yazır ki, maşınımıza 7-8 metrlik məsafədən 30-40 güllə atılmışdı, güllələr maşını deşik-deşik etmişdi, biz isə sağ-salamat idik. Əvvəl yazır ki, maşının təkələrin atəş açmışdılar. Sonra yazır ki, güllələr maşını deşik-deşik etmişdi. Bu, ciddi deyil.
Əli Kərimli yazısında iddia edir ki, yanvarın 19-da axşam televiziyanın enerji bloku partladılanda hiss etdik ki, sovet ordusu həmin gecə şəhərə girəcək. Amma bir cümlə də qeyd etmir ki, dinc insanların zərər görməməsi üçün nə ediblər. Bu barədə insanları niyə xəbərdar etməyiblər. Əgər Əli Kərimli şəhərə qoşun yeridiləcəyini bilirdisə, dinc sakinləri maksimum dərəcədə xəbərdar etməli idi. Bu, Milli Müdafiə Şurasının üzvü kimi də onun borcu idi.
Hələ yazır ki, hadisələr başlayndan sonra bunlar döyüş sursatı hesab olunan yandırıcı qarışıqlar dolu şüşə qabları yığıblar taksinin yük yerinə. Hərbçilər isə həimin maddələri taparaq sındırıblar. Əgər hərbçilərin əlinə Bakıda onlara qarşı müqavimətin olduğunu sübut etmək imkan düşmüşdüsə və döyüş sursatı hesab olunan yandırıcı qarışıqlar dolu şüşələr tutumuşdularsa, daha niyə həmin şüşələri sınıdırırdılar? Bu, o zaman rus həbçiləri üçün göydən düşmə fakt idi.
Digər tərəfdən yazır ki, gödəkçəmin içəridən sol cibində Milli Müdafiə Şurasının vəsiqəsi var idi. Əllərimi çiynim səviyyəsində endirib vəsiqəni birtəhər cibimdən çıxarıb dəmir şəbəkə qapının o biri tərəfinə tullaya bildim.
Mən də daxil olmaqla Əli Kərimlini tanıya adamlar hamısı bilir ki, bu hadisə belə olmayıb. Qanlı hadisənin səhərisi günü biz narahat olduq ki, Əli hardadır. Onu da deyim ki, həmin vaxt qardaşım Naxçvandan gəldiyi üçün mən evdə idim. Gecə hadisəni eşidəndən sonra biz indiki Prezident Aparatının qarşısına axışdıq. Bu zaman narahat olduq ki, Əli niyə yoxdur. Sonradan Əli gəldi və dedik ki, onu tutmuşdular. Həmin vaxt və mənim onunla münasibətim olduğu sonrakı 10 ildə isə bizə partlaycı maddə apardıqları və ya maşınlarının gülləyə tutulması ilə bağlı heç bir şey deməyib. Dəflərlərlə bu barədə söhbətlərimiz olub və hər dəfə də deyib ki, onu tutmuşdular buraxdılar. Hətta kiminsə Əli Kərimlinin pasportunu gətirməsi söhbəti də olmayıb. Yataqxanakı tələblər hamısı bir-bir ilə əlaqə saxlayırdı. Belə bir hadisə olsaydı hamı bilərdi.
Qaldı ki, Əli Kərimlinin Milli Müdafiə Şurasının vəsiqəsini atmasına, bunu bizə bir qədər fərqli danışıb. Bu hadisədən bir neçə gün sonra Əli Kərimli uşaqlara bildirib ki, sovet ordusunun mətbuat orqanı olan ?Krasnaya zvezda? qəzetində onun vəsiqəsinin şəkili çıxıb və sübut ediblər ki, Azərbaycanda Milli Müdafiə Şurası olub. Onlar hərbçilərə müqavimət göstərib və ona görə də hərbiçilər atəş açıblar. Ə.Kərimli bu yazısında da dolayısı ilə həmin faktları təsdiqləyir. O, yalandan yazır ki, güya həmin vaxt kimsə əsgərlərə atəş açırmış. O da həmin hadisələrin şahidi olub. Əslində, Əli Kərimli bunu yazmaqla həmin vaxt dinc insanlara atəş açan həbiçilərə haqq qazandırır. Hamı bilir ki, yanvarın 19-da Bakı şəhərində hərbiçilərə atəş açmayıblar.
[b]- Sovet ordusunun mətbuat orqanı olan ?Krasnaya Zvezda? qəzetindən söz düşmüşkən, bir məqama aydınlıq gətirməyinizi xahiş edirik. Sizcə, Sovet ordusunun mətbuat orqanını köşklərdən almaqla Əli Kərimlinin hadisələrdə iştirak faktını gizlətmək olardı.[/b]
- Bu güməlidir. Əli Kərimlinin vəsiqəsini Bakıda hərbçilər tapıb və Sovet ordusunun mətbu orqanı olan ?Krasnaya Zvezda? qəzetinə veriblər. İndi o yazır ki, qəzetləri köşkdən aldıq ki, komendat bilməsin. Guya komendatura gedib köşkdən qəzet alırdı. Sovet ordusunun mətbuat orqanı olan ?Krasnaya Zvezda? qəzeti onlara xüsusi poçtla gəlirdi. Bu isə yazır ki, köşkdən qəzet aldıq ki, yazı və çap olunmuş şəkil komendaturanın əlinə düşməsin. Axı həmin vəsiqəni Bakıda hərbiçilər tapıb və sonra ?Krasnaya Zvezda? qəzetinə göndəriblər.
Onu da deyim ki, həmin vaxt da bununla bağlı Əli Kərimliyə şübhə dolu suallar verilirdi. O isə hər dəfə bildirirdi ki, vəsiqəni corabından çıxarıb atıb küçəyə. Kimsə də onu tapıb verib hərbçilərə. İndi isə yazır ki, vəsiqəni cibimdən çıxardıb atdım.
[b]- Əli Kəimli ilə uzun müddət yoldaşlıq etmsiniz. Bu yazıdakı əsasən hansı faktların doğru olduğunu deyə biləriniz?[/b]
- Sizə onu da deyim ki, yazı siyasi maraqlar üçün hesablanıb. Bir daha deyirəm ki, buradakı əsas faktlar doğru deyil. Xüsusən də hərbiçilərin Əli Kərimlini yoldaşları ilə birgə divara dirəyib başlarının üstündən güllə atmaları və kiminsə rus həbiçilərini atəşə tutması məsələsi yalandır. İndiyə kimi də Əli Kərimli bu barədə danışmayıb. Səmimi şəkildə deyirəm. Şəxsə 20 yanvar hadisələrindən sonra 10 il Əli Kərimli ilə münasibətlərim olub və indii yazdıqlarından tam fərqli şeylər danışıb. Yəni 20 il sonra özündən qəhərman düzəltmək istəyir.
Burada doğru olan isə odur ki, Əli Kərimli Rəhim Qazıyevlə birlikdə MMŞ üzvü olub. Bu adamlar billə-bilə insanları gözlənən təhlükə barədə xəbər verməyiblər. Bir də hadisədən sonra çoxlarını həbs etsələr də, onu dərhal azadlığa buraxdılar. Hətta Sovet ordusunun mətbuat orqanı olan ?Krasnaya Zvezda? qəzetidə Əli Kərimlinin vəsiqəsi çap olunsa da, ona bir söz demədilər.