MSK bələdiyyə üzvünün seçilməsi haqqında vəsiqə nümunəsini təsdiq edib

img

14-01-2010 [03:36]


Mərkəzi Seçki Komissiyası (MSK) 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvünün seçilməsi haqqında vəsiqə nümunəsini təsdiq edib. MSK-nın mətbuat xidmətindən Müstəqil İnformasoya Agentliyinə verilən məlumata görə, qurumun bu gün keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov bələdiyyə seçkilərinə yanvarın 11-də yekun vurulduğunu deyib. O bildirib ki, seçkilərin yekunları elan olunduqdan sonra 5 gün müddətində hər bir bələdiyyə üzvünə bələdiyyə üzvü seçilməsi haqqında müvafiq dairə seçki komissiyası tərəfindən vəsiqə verilməlidir. O, vəsiqənin nümunəsi MSK tərəfindən müəyyən edilməli olduğunu qeyd edib. MSK katibi Natiq Məmmədov komissiya üzvlərini bələdiyyə üzvünün seçilməsi haqqında vəsiqənin nümunəsi və bu nümunənin təsdiq edilməsi barədə qərar layihəsi ilə tanış edib. Müzakirələrdən sonra bələdiyyə üzvünün seçilməsi haqqında vəsiqə nümunəsi təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA