ABŞ İranı vuracaq? - Səfirlik vətəndaşlara "Ölkəni dərhal tərk edin" çağırışı etdi

img

06-02-2026 [11:13]


Dünən İranın Fars körfəzində iki nəhəng tankeri saxlamasından sonra ABŞ bir daha İrandakı vətəndaşların ölkəni dərhal tərk etməyə çağırıb.

Mia.az xarici mətbuata xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında xəbərdarlıq yerləşdirilib.

Bildirilib ki, İranda təhlükəsizlik tədbirləri hər keçən gün daha da sərtləşir, yollar bağlanır, internetə çıxışın məhdudiyyəti davam edir: "İran hökuməti bununla yanaşı, aviaşirkətlərin İrana uçuşları məhdudlaşdırılıb və ya ləğv edib. Bu və ya digər səb əbləri nəzərə alaraq, vətəndaşlarımıza bir daha xəbərdarlıq edirik: İranı dərhal tərk edin. Biz - ABŞ hökumətinin köməyinə arxayın olmadan ölkəni tərk etmək üçün alternativ yolları - Türkiyə və Ermənistana gediş yollarını axtarın!". 

Xəbərdarlıqda o da bildirilib ki, İranı tərk edə bilməyən amerikalılar yaşayış yerlərində öz təhlükəsizliklərinə xüsusi diqqət göstərməli və ehtiyatlı olmalıdırlar.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA