Kuba prezidenti geri çəkildi: "ABŞ ilə dialoqa hazırıq, bir şərtlə ki..."

img

06-02-2026 [09:15]


"Ölkəmizin suverenliyə və öz müqəddəratını təyinetmə hüququna hörmət şərtiylə ABŞ-laə dialoqa hazırıq".

Mia.az xəbər verir ki, bu sözləri Kuba Prezidenti Migel Dias-Kanel dövət televiziyasına müsahibəsində deyib.

O, qonşular arasında mədəni və qarşılıqlı faydalı münasibətlər qurmaq istədiklərini bildirib: "Miqrasiya, təhlükəsizlik, narkotik qaçaqmalçılığı, terrorizmə qarşı mübarizə, ətraf mühit məsələləri və ABŞ hökuməti ilə elmi əməkdaşlıq kimi məsələləri müzakirə etməyə hazırıq. Lakin yeganə şərtimz daxili işlərimizə müdaxilə edilməməsidir"

ABŞ-ın artan təcavüzü qarşısında müdafiə planı hazırladıqlarını da sözlərinə əlavə edən Dias-Kanelin sözlərinə görə, hücuma qarşı hazırlıq suveren bir vəzifədir: "Çətin günlərdən keçəcəyik, xüsusən də bu dövr çox çətindir".

Dövlət başçısı ABŞ-ın ölkəsinə qarşı neft blokadasından söz açııb: "Keçən ilin dekabr ayından bəri xaricdən yanacaq almamışıq. Böyük bir dövlətin kiçik bir ölkəyə qarşı bu qədər aqressiv və cinayətkar siyasət yürütməsi anlaşılmaz və qıcıq doğurur. Bu, bizi tamamilə boğmaq deməkdir. Müqavimət göstərməsək, nə edəcəyik, təslim olacağıqmı?"

O deyib ki, yanacaq çatışmazlığından qida daşınması, qida istehsalı, ictimai nəqliyyat, xəstəxanalar, məktəblər və turizm ciddi şəkildə zərər görür.

Məlumatda deyilir ki, Kubanın enerji ehtiyaclarını ödəmək üçün gündə təxminən 110.000 barel neftə ehtiyacı var.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA