Milli Məclisinin deputatları ABŞ-a gediblər

img

20-01-2010 [12:57]


Milli Məclisin deputatları Qənirə Paşayeva, Zahid Orucov, Gülər Əhmədova, İqbal Ağazadə və parlament Aparatının əməkdaşları Ceyhun Qaracayev və Elşad İsmayılov ABŞ Konqresi Kitabxanasının Açıq Dünya Proqramında iştirak etmək üçün yanvarın 20-dən 31-dək Amerikada səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, nümayəndə heyətinin üzvləri Vaşinqton və Kolorado şəhərlərində olacaq, ABŞ Senatının üzvləri, konqresmenlər, yerli icma liderləri, qadın konqresinin təmsilçiləri ilə çoxsaylı görüşlər keçirəcək, Azərbaycan - ABŞ münasibətləri, ölkəmiz haqqında həqiqətlərin ABŞ ictimaiyyətinə düzgün çatdırılması, həmçinin, səhiyyə və təhsil sahəsində əməkdaşlıq barədə söhbətlər aparacaqlar. Səfər çərçivəsində deputatlarımızın yerli televiziya və mətbuat orqanlarında çıxışları nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA