Müsavat Divanı bütün dünyanı Haitiyə yardım etməyə çağırıb

img

18-01-2010 [05:36]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Əvvəlcə Məclisin şənbə günü keçirilmiş yığıncağının yekunları ilə bağlı müzakirələr aparılıb. Məclisin yüksək səviyyədə keçdiyi, önəmli qərarlar verdiyi qeyd olunub. 20 Yanvar hadisələrinin 20-ci ildönümü ilə bağlı tədbirlər müzakirə edilib. Bu məqsədlə 19 yanvar 2010-cu il tarixdə, saat 15: 00-da partiyanın qərargahında keçiriləcək anım mərasiminə hazırlıq işlərinin tamamlandığı qeyd edilib. Yanvarın 20-də, saat 14: 00-da Şəhidlər Xiyabanının ziyarət ediləcəyi bir daha xatırladılıb. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Ukraynada keçirilmiş prezident seçkiləri haqqında müzakirə aparılıb. Qeyd edilib ki, bu ölkədə azad və ədalətli seçkilərin keçirilməsi dinc inqilab yolu ilə formalaşmış Viktor Yuşşenko hakimiyyətinin Ukrayna xalqının iradəsinə hörmət, demokratiyanın inkişafına xidmət sayılmalıdır. Divan Haiti respublikasında baş vermiş dəhşətli zəlzələnin böyük faciə olduğunu qeyd edib və bütün dünyanı bu ölkəyə yardım etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA