Siyavuz Novruzov indi də mətbuatı suçlu çıxarmağa çalızır

img

07-01-2010 [03:01]


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 2009-cu il dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlı narazılıqlara münasibət bildirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, S.Novruzov seçkilər beynəlxalq standartlara tam cavab verməklə, azad, ədalətli və şəffaf keçirilib. Onun sözlərinə görə, bələdiyyələrə irəli sürməyə namizəd belə tapa bilməyən bəzi siyasi partiyalar hələ də seçkilər ətrafında şou yaratmağa çalışırlar. YAP funksioneri qeyd edib ki, müxtəlif siyasi dairələrin tapşırıqlarını icra edən bəzi qəzetlər yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla bu məsələ ətrafında şou yaratmaq istəyirlər: "Ən böyük məsuliyyətsizlik ondan ibarətdir ki, həmin qəzetlər 11 nəfəri 150 nəfər kimi təqdim etməyə çalışırlar. Yəni əslində, haqqında danışılan etiraz tədbirində iştirak edənlərin sayı cəmi 11 nəfər olduğu halda, müxalifət qəzetləri bu sayın 150 nəfər olduğunu iddia edir. Bu şəxslər də konkret olaraq 2 kəndin ? Sabirabad rayonunun Qruzma və Moranlı kəndlərinin sakinləridir. Şikayət edən Qruzma sakinlərinin sayı 6 nəfərdir. Onlardan yalnız bir nəfəri ?Arif Məmmədov adlı şəxs Yeni Azərbaycan Partiyasının üzvüdür. O, 2008-ci ildə partiyaya üzv qəbul olunub. Həmin şəxsin də namizədliyi partiya tərəfindən deyil, özünün təşəbbüsü ilə irəli sürülüb. 5 nəfər isə bitərəflər və digər partiyaların üzvləridir. Hətta bizdə məlumatlar var ki, bu şəxslər Sabirabaddan olan müxalifətçi millət vəkilinin yaxın adamlarıdır. Moranlı kəndindən olan 5 nəfər şikayətçinin isə yalnız 2 nəfəri Yeni Azərbaycan Partiyasının üzvüdür. Digər 3 nəfər isə başqa partiyaların üzvləridir. Yeni Azərbaycan Partiyasından olan 2 nəfərin isə yalnız 1 nəfərinin namizədliyi partiya tərəfindən irəli sürülüb. O biri partiya üzvü isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Göründüyü kimi, bu 11 nəfər içərisində yalnız 1 nəfərin namizədliyi partiya tərəfindən irəli sürülüb. Qəzetlərdə yer alan məlumatlar isə yalan və böhtandan başqa bir şey deyil".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA