Salyanda seçkinin nəticələrindən narazı qalanlar aksiya keçiriblər

img

25-12-2009 [12:21]


23 dekabrda keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlı narazılıq davam edir. Belə ki, Salyan rayonunda da nəticələrlə razılaşmayanlar etiraz aksiyası keçiriblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bir qrup şəxs Salyan rayon Kərimbəyli kəndində seçkinin nəticələrinin saxtalaşdırıldığını, protokolların bülletenlər əsasında deyil, öz siyahılarına uyğun hazırlandığını bildiriblər. Aksiya iştirakçıları bildiriblər ki, Kərimbəyli kəndindəki məntəqənin yekun protokolu DSK-nın və MSK-nın nəticələri ilə uyğun gəlmir. Aksiya iştirakçıları rayon icra hakimiyyətinin başçısı ilə görüşməyi tələb etsələr də, polisin müdaxiləsi nəticəsində aksiya dağıdılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA