Zaqatalada seçki saxtakarlığından narazı qalanlar ölkə bazçısına müraciət edib

img

06-01-2010 [06:30]


Zaqatala Rayonu, Bəhmətli kəndinin sakinləri dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələrindən narazıdırlar. Bu barədə Müstəqil İnformasiya Agentliyinə müraciət edən kənd sakinləri 110 saylı seçki dairəsində seçkinin saxtalaşdırıldığını bildiriblər. ?Bələdiyyə seçkilərində sabiq bələdiyyə sədri Natiq Qazıyev, İcra Nümayəndəsi Asfi İsgəndərov və İcra Hakimiyyətinin Nümayəndəsi İlqar Vəliyev səs vermə bitdikdən sonra səsləri protokollaşdırmadan, səs vermə qutularını Akif Şirinovun (bələdiyyə sədrliyinə namizəd) maşınına qoyaraq nəməlum istiqamətə apardılar.Biz etiraz edəndə isə Asif İsgəndərov bizi polislə hədələdi və dedi ki,bu işlərin sifarişçisi bilirisiniz kimdir? Xırda bizneslə məşğul olan İdris Babayev. İndris Babayev, DSK sədri Fikrət Muastafayevlə anlaşıb və 6000 manat pul verib. Ona görə də özünüzü yormayın.Onsuzda sizin şikayətinizə baxan olmayacaq və sonra bələdiyyənin torpaqlarından sizi məhrum edərik?. Şikayətçilər onu da bildiriblər ki, icra nümayəndəsi Asif İsgəndərov çalışır ki, qayını olan sabiq bələdiyyə sədri Natiq Qazıyev seçilsin: ?İdris Babayevdə çalışır ki, əvvəllər Zaqatalada etnik qrupların azadlığı adı altında xalq arasında iğtişaş salan və daha sonra həbs edilən və hal hazırda 6 il həbsə məhkum edilən Hacıbəy adlı şəxsin adamı sayılan Akif Şirinov seçilsin. Onu da qeyd edək ki, İdris Babayev əvvəllər xalq arasında iğtişaş saldığı üçün dəfələrlə həbs edilib. Kənd sakinləri hamıda şahiddir ki, seçkilərdə YAP üzvü Yaqub Muradov, Durmuşova Gülbənd çox səs toplayıb. DSK sədri Fikrət Mustafayev də seçkilərdə saxtakarlıq edənlərin tərəfini tutur. Çünki özü də bu işlərdə əlbirdir?. Qeyd edək ki, narazılar məsələylə bağlı prezidnet İlham Əliyev, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev cənablarına, Baş Prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubova müraciət ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA