ADP 2010-cu ildə partiyanın fəaliyyət planına dair müzakirəyə bazlayıb

img

05-01-2010 [03:11]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ictimai-siyasi proseslər və ölkədəki sosial vəziyyət ətrafında müzakirə aparılıb. Son həftənin ictimai gündəminə çevrilən əhalinin qaz borclarının ləğv edilməsi ilə bağlı ölkə prezidentinin sərəncamına diqqət çəkən toplantı iştirakçıları bu addımın sosial gərginliyin aradan qaldırılmasında cüzi rol oynadığını qeyd edib və dövlət başçısını tədiyyə qabiliyyəti aşağı olan vətəndaşların digər kommunal xidmətlərə görə qalan borclarını da ləğv etmək barədə növbəti sərəncam verməyə çağırıb. 23 dekabr bələdiyyə seçkilərinin nəticələrinə dair bir daha müzakirə açan İdarə Heyəti üzvləri bu seçkilərin ciddi saxtakarlıq şəraitində keşirildiyini və kobud qanun pozuntuları ilə müşahidə olunduğunu qeyd edib. MSK-ın Naftalan rayon icra başçısının seçki prosesinə müdaxiləsini etiraf etməsi faktına diqqət çəkən toplantı iştirakçıları bunun təkcə adı çəkilən rayonda deyil bütün rayonlarda baş verdiyini bildirib və lazımi qurumlardan seçki prosesinə açıq müdaxilə edilməsi faktlarının aşkarlanmasına və günahkar şəxslərin qanunvericiliyin tələblərə uyğun cəzalandırmağı tələb edib. İdarə Heyətində 2010-cu ildə partiyanın fəaliyyət planına dair məsələ də müzakirə olunub. Müzakirələr zamanı bu il keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə hazırlıq, partiya strukturlarının bu seçkilərlə əlaqədar partiyanın siyasi məqsədlərinə uyğun olaraq hədəflənməsi və digər məsələlərə diqqət çəkilib. Partiyanın yerli təşkilatlarının təmsilçiləri ilə birlikdə bu məsələnin müzakirəsinin davam etdirilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA