79 saylı imizli DSK üzvü, BAXCP funksioneri zəhərli maddələrlə intihara hazırlazır

img

03-01-2010 [04:52]


79 saylı İmişli Dairə Seçki Məntəqəsinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsinin İnsan Haqları Daimi Komissiyasının sədr müavini Davud Zülfüqarov ötən ayın 23-də İmişli şəhər bələdiyyəsi üzrə keçirilən bələdiyyə seçkilərində baş vermiş total saxtakarlıq hallarının aradan qaldırılmayacağı təqdirdə, intihar edəcək. Bu sensasiyalı xəbər Davud Zülfüqarovun ölkə rəhbərliyinə, Mərkəzi Seçki Komissiyasına və İmişli Rayon İcra Hakimiyyətinə ünvanladığı teleqramından götürülüb. Xəbərlə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Davud Zülfüqarov bildirib ki, İmişli şəhər bələdiyyəsinə keçirilən seçkilər tamamilə saxtalaşdırılıb və ?seçki? adında şou nəticəsində ?qalib?lər rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayevlə onun birinci müavini, YAP rayon təşkilatının sədri Səfa müəllimin birgə hazırladığı siyahı əsasında müəyyənləşib: ?Mətləbə keçməzdən əvvəl xatırladım ki, mən, 79 saylı İmişli Dairə Seçki Komissiyasının üzvüyəm. Lakin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində kürəkənim Mehman namizədliyini irəli sürdüyü üçün qanunauyğun olaraq ərizəmlə DSK-dan müvəqqəti kənarlaşdırılmağımı xahiş etdim. Ancaq seçki prosesini bir vətəndaş, bir partiya funksioneri kimi yaxından izlədim və tam məsuliyyətlə deyə bilərəm ki, İmişli rayon bələdiyyəsi üzrə keçirilən seçkilərə açıq müdaxilələr edilib və rayon rəhbərliyinin tərtib etdiyi əsasında ?qaliblər? müəyyənləşdirilib. Bu isə rayonda ciddi narazılığın və vətəndaş qarşıdurmasının alovlanmasına zəmin yaradıb. Hazırda rayonda çox gərgin vəziyyət sürsə də, təəssüf ki, Naftalandakı seçkilərlə bağlı operativ araşdırmalar aparan Mərkəzi Seçki Komissiyasının rəhbərliyi çoxsaylı dəqiq şikayətlərə baxmayaraq, İmişlidəki vəziyyəti yerində öyrənməkdən yayınır. O səbəbdən də, mən də həm DSK, həm də partiya, həm də jurnalist olaraq seçki cinayətkarlığına etiraz əlaməti olaraq, qanuni yollarla mübarizə aparan və haqları pozulmuş namizədlər və sakinlərlə birgə etiraz aksiyalarına başlamışam?. BAXCP funksioneri intihar edəcəyi ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə teleqramlar vurduğunu da təsdiqləyib: ?Bəli, artıq kimyəvi maddələrdən kustar üsulu ilə zəhər hazırlayıb, cibimdə gəzdirirəm, Çünki yaxşı bilirəm ki, rayon rəhbərliyi, xüsusən də icra başçısı ilə müavini mənə hər cür pisliklər etmək üçün planlar cızırlar. Əgər mənə qarşı qanunsuz hər hansı bir təzyiq forması tətbiq edilərsə, dərhal həmin zəhərli maddəni qəbul edərək, həyatıma son verəcəyəm. Qoy, bütün dünya Azərbaycandakı ?kiçik padşah?ların hansı oyunlardan çıxdıqlarına şahid olsun. Onu da qeyd edim ki, bunu bəziləri kimi boğazdan yuxarı demirəm. Mən həyatım boyu çox çətinliklər və məhrumiyyətlərlə qarşılaşmışam. Vaxtilə keçmiş prezident Ayaz Mütəllibov da məni qanunsuz olaraq həbs etdirib, lakin fikrimdən döndərə bilməyiblər. Yəni deməyim odur ki, ömrünün çox hissəsini yaşamış bir şəxs kimi, mən sözümün üstündə duran kişilərdənəm. Əgər MSK İmişlidəki seçki cinayətlərini aradan qaldırmayacaqsa, yəni təsdiq edəcəksə, sonadək hüquqi yollarla mübarizəmizi aparıb, haqq-ədaləti bərpa etməyə çalışacağıq. Əgər bizə qarşı qanunsuz tədbirlərə əl atılarsa, o zaman gözləmədikləri intihar halları ilə üzləşmələrinə də hazırlaşsınlar??.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA