DUi parlament seçkilərində iztirakla bağlı Müsavat partiyası və Azadlıq bloku ilə müzakirəyə hazırdır

img

11-01-2010 [05:49]


Bu gün Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul edilib. Toplantıda DUİ- nin Seçki Qərargahının məlumatı dinlənilb. Bələdiyyə seçkilərinin nəticələrini dəyərləndirən DUİ SŞ seçkilərin antidemokratik keçirildiyini bir daha qeyd edərək və yeni bələdiyyə seçkilərinin keçirilməsini tələb edib. Eyni zanamda Bənənyarda baş verən hadisələrin anti-insani və anti- konstitutision olduğunu nifrətlə pisləyən DUİ SŞ günahkarların dərhal cəzalandırılmasını tələb edib. Hakimiyyətə siyasi partiya və hüquq müdafiəçilərinin iştirakı ilə Bənənyarda baş verən hadisələrin yerində təfərrüatı ilə öyrənilməsini təklif edib. İclasda 20 yanvar hadisələrinin 20 illiyini qeyd etmək üçün DUİ -yə daxil olan partiyaların 20 yanvar günü saat 12.00-da Şəhidlər Xiyabanını birlikdə ziyarət etmək qərarı qəbul edilib. Sədrlər Şurası növbəti parlament seçkilərində iştirak və ictimai-siyasi vəziyyətin - DUİ, Müsavat partiyası və Azadlıq bloku ilə birlikdə müzakirəsini məqsədəuyğun sayıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA