Etibar Məmmədov qarzıdan gələn bayramlar münasibəti ilə Azərbaycan xalqını təbrık edib

img

30-12-2009 [05:36]


AMİP Lideri Etibar Məmmədovun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Əziz soydaşlarım! Sizi qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibəti ilə təbrik edir sizin hər birinizə möhkəm can sağlığı şəxsi həyatınızda uğurlar, firavan həyat arzulayıram. 31 dekabr xalqımızın tarixinə qızıl həriflərlə həkk olunmuş ən əlamətdar günlərdən biridir. Həmin gün ikiyə bölünmüş millətimiz qanlı imperiyanın təzyiq və qadağalarından çəkinməyərək birləşmə və bütövləşmə əzmini bir daha dünyaya göstərdi. Bir daha sübut etdi ki, heç bir qüvvə, heç bir güc Azərbaycan xalqının illərdən bəri apardığı azadlıq mübarizəsini, bütövləşmə yolunda səylərinin qarşısını kəsə bilməz. Bu gün ikiyə bölünmüş Azərbaycan xalqı beyinlərində kök salmış bütövləşmə ideyası uğurunda mücadələ verməkdədir. Istər güneydə , istərsə də quzeydə hər bir Azərbaycan Türkünün ən böyük məqsədi və arzusu böyük və bütöv Azərbaycanın qurulmasına nail olmaqdır. Doğrudur bu yol uzun və çətin yoldur amma inanıram ki, tarixin sınaqlarından şərəflə çıxan ulu millətimiz qarşısına qoyduğu bu ali məqsədinə də çatacaqdır. Buna məni əmin edən həm də cənublu və güneyli soydaşlarıvızın əzmkarlığı və mübarizliyidir. Yola saldığımız ildə də bir sıra problemlər həll olunmamış qaldı. Xüsusən, Dağlıq Qarabağ problemi və işğal olunmuş ərazilərimizin təmizlənməsi çözümünü tapmadı. Siyasi təsisatların KİV-lərin üzərində basqılar yenə də qaldı. Bu il ölkədə keçirilən referendum və bələdiyyə seçkiləri demokratik və hüquqi cəmiyyətin qurulmasına böyük zərbə vurdu. Sosial-iqtisadi sahələrdə də vəziyyət getdikcə ağırlaşdı. Əhalinin yaşayış tərzi getdikcə çətinləşdi. Mövcud durumdan çıxmaq üçün isə hökümət əsaslı islahatlar aparmadı və bu yöndə ardıcıl siyasət yürüdülmədi. Lakin bütün bunlara baxmayaraq ümüd edirəm ki, qarşıdan gələn 2010-cu il xalqımız və millətimiz üçün düşərli il olacaq, bir sıra mühüm hadisələrlə yadda qalacaq. Əziz soydaşlarım Sizi bir daha qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə təbrik edir xalqımıza və millətimizə parlaq gələcək, xoş günlər arzulayıram.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA