Məzahir Pənahov seçkidə qanun pozuntularına yol verənlərin cəzalandırılacığını bəyan etdi

img

09-01-2010 [10:02]


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 23 dekabr bələdiyyə seçkiləri zamanı baş verən qanun pozuntuları, narazılıqlar barədə açıqlama verib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, MSK sədri qanunsuzluğa yol verənlərin cəzalanacağını deyib: ?Köhnə Sovet üsullarından istifadə edib hay-küy qaldırmağın yeri yoxdur. İnsanın mənəviyyatı, ləyaqəti olar. Kiminlə ədavətin varsa, kimi işdən çıxardıb onun yerinə olmaq istəyirsənsə - MSK bu işlə məşğul olmur?. Onun sözlərinə görə, bəzən seçki prosesindən əsası olmayan şikayətlər edənlər əsassız yerə səs-küy salırlar. Amma M.Pənahov MSK-nın tam obyektiv mövqe nümayiş etdirdiyini vurğulayıb: ?Burada sınaqdan çıxmış, kifayət qədər təcrübəli insanlar oturub. Nə isə arzusunda olub, onu seçki ilə bağlamaq istəyənlər vaxtlarını boş yerə itirməsinlər. Qışqıranlar elə hər yerdə qışqırır. İndi kimin və necə konkret cəzalandırılacağını görəcəksiniz?. MSK sədri onu da qeyd edib ki, seçki prosesində baş verən pozuntularla bağlı lazımi ölçü götürüləcək: ?Pozuntu təsdiqlənən yerlərdə seçkinin nəticələri ləğv olunacaq. Bu şikayət teleqramlarına baxan kimi bilirik ki, hansının arxasında problem var, hansı isə məqsədli yazılıb. Təbii ki, biz hamısını araşdırırıq, bu bizim borcumuzdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA