Borçalı Cəmiyyəti ?Dünya Azərbaycanlılarının Həmrəylik Günü?nə həsr olunmuz tədbir keçirib

img

30-12-2009 [05:14]


?Dünya Azərbaycanlılarının Həmrəylik Günü?nə həsr olunmuş Borçalı Türklərinin Həmrəylik gecəsikeçirilib. Borçalı? Cəmiyyətinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, cəmiyyət ?Dədə Camal? Məclisi keçirib. ?Borçalı ? Cəmiyyətinin təsis etdiyi ?Dədə Camal? Məclisinin dekabr ayının 29-da keçirilən növbəti toplantısı önəmli bir mövzuya həsr olunub. ?Dünya Azərbaycanlılarının Həmrəylik Günü? mövzusunda keçirilən tədbirdə Azərbaycan və Borçalı folkloru, saz-söz sənəti haqqında geniş söhbət açılıb, müxtəlif ifalar səsləndirilib. Məclisdə Borçalı Cəmiyyətinin üzvləri ilə yanaşı millət vəkilləri, Borçalıdan gəlmiş qonaqlar və ziyalılar iştirak edib. Məclisin aparıcıları Ömər Qoçulu, Borçalıdan gəlmiş Ramiz Bəkirov ?Borçalı? Cəmiyyəti təkcə Gürcüstanda yaşayan soydaşlarımıza diqqət ayırmadığını, davamlı olaraq Azərbaycan və bütövlükdə türk dünyasının ayrı-ayrı bölgələri ilə Borçalının vəhdədtini qurmağa çalışdıqlarını qeyd edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bu tədbirin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq ?Dünya Azərbaycanlılarının Həmrəylik Günü? münasibətilə təbrik edərək bildirmişdir ki, ?Borçalı? Cəmiyyəti təkcə Borçalı türkləri ilə gürcü millətinin vəhdətinə deyil, bütün dünya azərbaycanlılarının, bütün xalqlar arasında həmrəylik, sülh, dostluq, qardaşlıq münasibətlərinin qurlulmasına çalışır, etnik separatizmə qarşı mübarizə aparır. Gürcüstandan gələn qonaqlar - şair Gülmalı Həsənov, şair-yazıçı Əli Abbas, Aztv-nin Gürcüstandakı xüsusi müxbiri Şahismayıl Məmmədov və Gürcüstanın keçmiş deputatı Ramiz Bəkirov çıxış etmişlər. Qonaqlara ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Ağsaqqallar şurasının sədri Eyvaz Borçalı, ?Borçalı? Cəmiyyətinin Elm və Təhsil şöbəsinin sədri Mədəd Çobanov və AMEA-nın professoru Ramiz Məmmədov onlara cəmiyyətin adından xüsusi hədiyyə vermişdir. Sonra tanınmış ziyalılar Hidayət Nuriyev, Vəli Musayev, Abbas Abdulla, Eyvaz Borçalı, Ramiz Məmmədov, Ədilxan Abdullayev və Türkiyədən gəlmiş əslən Borçalıdan olan İstanbul xəstəxanasının göz cərrahı Faiq Orucoğlu çıxış edərək öz arzularını bildirdilər. Çıxışlardan sonra aşıq Cahangir, aşıq Vəkil Borçalı, aşıq Aytəkinin ifaları dinlənilib. Rəqs nümayiş olunub. Şairə xanımlar Səadət Buta, Güləmayıl xanım və Sənəm Səbail həsrət şeirlərini söyləyiblər. Milli mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı oxuduğu türkülərlə məclisi coşdurub. Aidə Gülzar, Xəlil Qaraçöplü və digər müğənnilərin də ifaları olmuşdur. Tədbirdə iştirak edən qonaqlar qonaqlar üçün yemək süfrəsi təşkil olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA