Mərkəzi Seçki Komissiyası 4 zikayəti baxılması üçün dairə seçki komissiyasına göndərib

img

08-01-2010 [08:00]


Yanvarın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.İclasda 2009-cu il dekabrın 23-də keçirilimiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən ikisi əsassız olduğundan təmin edilməmiş, dördünün isə aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul olunmuşdur. Digər müraciətlərin qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərə geri göndərilməsi barədə qərar çıxarılmışdır. MSK-nın iclasında cari məsələlərə də baxılmışdır. İclasda ATƏT-ni Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA