Elmar Məmmədyarov Ai-nin Azərbaycana yeni təyin olunmuz rəhbərini qəbul edib

img

04-11-2009 [06:10]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Nümayəndəliyinin Azərbaycana yeni təyin olunmuş rəhbəri, səfir Rolan Kobianı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, etibarnamənin surətini təqdim edən səfir Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə Azərbaycan-Aİ arasındakı münasibətlərin daha da inkişaf və genişlənməsinə xidmət edəcəyini söyləyib. Öz növbəsində nazir Məmmədyarov cənab Kobianı Azərbaycana səfir təyin edilməsi münasibətilə ürəkdən təbrik edib və Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Sonra tərəflər qurumla Azərbaycan arasında münasibətlər və bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA