İran XİN Trampı təkzib etdi: "Atəşkəslə bağlı açıqlamaları da yalandır"

img

01-04-2026 [19:29]


Rəsmi Tehran ABŞ prezidenti Donald Trampın  "İran atəşkəs istəyir" bugünki bəyanatını rədd edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Əl-Cəzirə televiziyasına açıqlama verib.

O bildirib ki, bu, ABŞ prezidenti Donald Trampın növbəti yalanlarından biridir: "Trampın atəşkəslə bağlı açıqlamaları doğru deyil".

Xatırladaq ki,Tramp az əvvəl atəşkəslə bağlı açıqlama verərək İrana Hörmüz boğazı açılana qədər atəşkəs xahişinə əməl etməyəcəyini bəyan etmişdi.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA