Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib

img

29-10-2009 [07:27]


#351;lər nazir Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Murat Mərcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanda olmasından məmnunluğunu bildirən M.Mərcan Azərbaycanın Türkiyə üçün önəmini, iki ölkənin parlamntlər arasında əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Mərcan Türkiyənin baş naziri R.T.Ərdoğanın və xarici işlər naziri Ə.Davudoğlunun məsələ ilə bağlı açıqlamalarını xatırlatmış bu münaqişə həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünsüzlüyünü və protokolların TBMM-də ratifikasiya olunmayacağını qeyd etmişdir. Həmçinin, M.Mərcan bildirmişdir ki, münaqişənin nizamlanmasının çox sadə yolu vardır və bunun üçün Ermənistan münaqişəyə dair BMT, ATƏT və AŞ PA tərəfindən qəbul olunmuş qətnamə və qərarları yerinə yetirməlidir. Öz növbəsində, nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların cari vəziyyəti haqqında məlumat vermişdir. Ermənsitan tərəfindən Azərbaycan ərazilərinin işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsinə etiraz əlaməti olaraq Türkiyənin Ermənistanla sərhədləri bağlamasını qeyd edən nazir E.Məmmədyarov münaqişənin nəticələrinin hələ də davam etdiyini bildirmişdir. Regiondakı mövcud problemin əsasının Azərbaycan ərazilərinin işğalı olduğunu deyən nazir E.Məmmədyarov yalnız Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasından sonra bütün kommunikasiyaların açılmasının və regionada davamlı sülh və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü bildirmişdir. Bursada yaranmış bayraq böhranına toxunan nazir E.Məmmədyarov bu hadisədən Azərbaycan xalqının çox təəssüfləndiyini bildirmiş və hadisənin günahkarlarının cəzalandırılmasını müsbət qiymətləndirmişdir. Həmçinin görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər də müzakirə olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA