Pakistan və Əfqanıstan sülh danışıqlarına başlayıb – Çinin vasitəçiliyi ilə 

img

01-04-2026 [14:20]


Pakistan və Əfqanıstan arasında sülh danışıqları başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, danışıqlar Çində keçirilir.

Adlarının çəkilməsini istəməyən rəsmilər Associated Press (AP) agentliyinə bildiriblər ki, Pakistan və Əfqanıstan bir aydan çoxdur davam edən münaqişəyə son qoymaq üçün bu gün Çinin vasitəçilyi ilə bir araya gəlib: “Hər iki ölkənin nümayəndələri Sincan Uyğur Muxtar Vilayətinin inzibati mərkəzi olan Urumçidə görüş keçiriblər”.

Çin rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

Pakistan Xarici İşlər Nazirliyi də bu xəbərəşərh verməyib.

Pakistan rəsmilərindən biri isə adfnın çəkilməməsi şərtiylə  CNN-ə bildirib ki, Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar Çinə səfəri zamanı Pekinin Əfqanıstanla danışıqlarda zamin kimi çıxış etməsi məsələsini müzakirə edib.

Mənbələr həmçinin iddia ediblər ki, Pakistan prezidenti Asif Əli Zərdarinin İslamabaddakı Çin səfirliyində regional vəziyyəti müzakirə etmək üçün görüşlər keçirib.

Bu arada Kabildə yerləşən Tolo News-a danışan mənbələr bildiriblər ki, Əfqanıstandan beş nəfərlik nümayəndə heyəti Pakistanla danışıqlar aparmaq üçün Çinə səfər edəcək.

Firudin Səfərli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA