Ermənilər israildə Atatürkü təhqir etdilər

img

31-10-2009 [02:13]


Təl-Əvivdə Türkiyənin İsraildəki səfirliyi qarşısında ermənilərin etiraz aksiyası keçirilib. Türkiyənin ?Cümhuriyyət bayramı? münasibətilə keçirilən aksiyanı ?Daşnaksütyun? partiyası təşkil edib. Aksiya iştirakçıları Türkiyəni erməni xalqına qarşı cinayətlərdə ittiham ediblər. Onların əllərində 1915-1922-ci illərdə qətlə yetirildikləri iddia olunan ermənilərin şəkilləri olub. Aksiyada səsləndirilən şüarlarda Türkiyədən erməni ?soyqırımı?nın tanınması tələb edilib. Piketdə bağlı yayılan fotolarda görünür ki, ermənilər Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkü faşizmdə günahlandırıblar. Son vaxtlar Türkiyə ilə münasibətlərində problemlər yaranmış İsraildə fəaliyyət göstərən KİV aksiya ilə bağlı materiallar yayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA