27 dilli ?Əli və Nino?ndan Almaniyanın səfiri də danızdı

img

30-10-2009 [06:02]


52;n Milli Kitabxanada Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi ilə birgə ?Lev Nussimbaum, Əsəd bəy, Qurban Səid: ?Əli və Nino? əsərinin müəllifi kimdir??- ədəbiyyat sərgisinin açılışı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, sərgini Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, Qurban Səid təxəllüsü ilə yazan Azərbaycan mühacir ədəbiyyatının nümayəndələrindən biri olan Məhəmməd Əsəd bəyin ?Əli və Nino? romanı haqqında danışıb. Daha sonra Almaniyanın Bakıdakı səfiri Peer Stançina da ?Əli və Nino? romanının ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilmə tarixindən söz açıb. Səfir, uzun illər əsərin həqiqi müəllifi avstriyalı Baroness Elfrid von Ehrenfels Bodmershot olaraq qəbul edilməsindən, lakin amerikalı Şərqşünas Tom Reis əsərin əslində Azərbaycanın yəhudi mənşəli yazıçısı Lev Nissembauma məxsus olduğuna dair tutarlı faktlar irəli sürməsindən danışıb. Professor Həsən Quliyev isə bir çoxlarının günümüzün ən gözəl məhəbbət romanı kimi qəbul etdiyi ?Əli və Nino? əsəri barədə hadisələrin Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə etməsini vurğulayıb. Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Çingiz Abdullayev isə bildirib ki, adıçəkilən əsər geniş oxucu kütləsi qazanaraq dünyanın 27 dilinə tərcümə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA