Ərdoğan: "Hökumətim və zəxsim olaraq Azərbaycandakı çıxızımın arxasındayıq"

img

20-10-2009 [04:34]


Bu gün Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Böyük Millət Məclisində çıxış edərək Azərbaycanla münasibətlərdən söz açıb. Ərdoğan oktyabrın 14-də azərbaycanlı deputatlardan ibarət heyəti qəbul etdiyini və Ermənistanla imzalanan protokolları dəyərləndirdiklərini söyləyib: ?Hökumətim və şəxsim olaraq Azərbaycandakı çıxışımın arxasındayıq. Azərbaycanla bağlı mənfi bir addım atmağımızdan söhbət belə gedə bilməz. Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq üçün dedi-qodularla, iftiralarla ictimaiyyətin yönləndirildiyini müşahidə edirik. Nifaq cəhdlərinə imkan verməyək. Bu dedi-qodulara kimsə qulaq asmasın?. Baş nazir daha sonra deyib: ?Biz Azərbaycan bayrağını Türkiyə bayrağı kimi, Azərbaycan torpaqlarını Türkiyə torpağı kimi əziz və müqəddəs bilmişik və yenə elə biləcəyik. Bu sözlərim daha çox Azərbaycan xalqına ünvanlanıb. Bakıda yatan şəhidlərimiz bunun canlı şahidləridir. Azərbaycanın mənafelərini Türkiyənin mənafelərindən geridə tutmadıq, tutmarıq. Onların sevinci bizim sevincimizdir. Kimsə Türkiyənin xoş niyyətli davranışını başqa yerə yozmasın?. Ərdoğan son zamanlarda fitnə mərkəzlərinin bu məsələ üzərində çox yaxşı işlədiklərini deyib: ?Davamlı olaraq Azərbaycanla da paylaşaraq prosesi təhrik edirlər. Türkiyə-Ermənistan milli matçında FİFA-nın aldığı qərarı icra etməyə çalışan yoldaşlarımızı da, milli matçı pozmağa çalışan insanları da xalqımız yaxşı tanıdı. Bundan sonra superliqada oynanan matçda asılan Azərbaycan bayrağını göstərərək ?Bursada beləydi, İstanbulda belədir? deyən zavallılar da var. Bu, həssas dönəmdə təhrikçilikdən başqa bir şey deyil. Məlum siyasi partiya toplantılarında bu məsələdən yararlanmaqla nə istədikləri bəllidir. Özlərinin 3 il yarımlıq koalisiya ortağı olduqları dönəmdə nə etdikləri məlumdur. Hər şey onların əsərləri ilə ortadadır. Xalqımızın bunu qəbul etməyəcəyini bilirik. Amma Azərbaycan xalqının da bu oyuna imkan verməməsi lazımdır?. Ərdoğan sonda bir daha bayraq məsələsinə qayıdaraq deyib: ?Bizi yaralayan şey Azərbaycanda şəhidlikdən Türkiyə bayrağının endirilməsidir. Bu bayrağın götürülməsinin hansı məna daşıdığını Azərbaycan da bilməkdədir?. mediaforum

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA