Azərbaycanla Fələstin arasında geniz əlaqələr yaradılır

img

29-10-2009 [05:40]


Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində Fələstininin ölkəmizdə səfirliyinin açılması məqsədi ilə bu dövlətin xarici işlər naziri Riyad Əl Malikinin, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, E.Məmmədyarovun Fələstin dövlətinin xarici işlər naziri ilə səhər saatlarında görüşü də keçirilib. E.Məmmədyarov deyib ki, Fələstin dövləti arzu edir ki, Azərbaycanda öz səfirliyini açsın və əlaqələri daha da gücləndirsin: ?Bizim müzakirəmiz əsasən Yaxın Şərqin indiki durumu haqqında olub. Fələstin dövləti ədalətli mövqeyini həmişə nümayiş etdirib. Mən, cənab səfirə Dağlıq Qarabağ haqqında da ətraflı məlumat vermişəm. Fələstin dövləti ilə siyasi dialoqu genişləndirmək üçün həmin ölkənin səfirliyinin açılması çox müsbət haldır. Müzakirələr zamanı qeyd edilib ki, səfirliyin açılması iki ölkə arasındakı siyasi və diplomatik əlaqələrin genişlənməsinə gətirib çıxaracaq?. R.Ə.Maliki isə deyib ki, Azərbaycana Fələstin dövlətinin rəhbəri Mahmud Abbasın göstərişi ilə gəliblər: ?Hər şeydən əvvəl Azərbaycanın Fələstinlə bağlı sabit mövqeyinə və həmin mövqeyi müxtəlif beynəlxalq səviyyəli təşkilatlarda nümayiş etdirdiyinə görə öz minnətdarlığımı bildirirəm. Bu göstərir ki, Azərbaycan tərəfi Fələstinin ədalətli mövqeyini həmişə dəstəkləyib və dəstəkləyir?. Fələstinli nazir Azərbaycan və Fələstin arasındakı münasibətlərin daha yüksək səviyyəyə qaldırılması barədə azərbaycanlı həmkarı ilə müzakirələr apardıqlarını da nəzərə çatdırıb: ?Bu müzakirələr çərçivəsində Azərbaycan və Fələstin səfirliyinin açılması məsələsi durur. İstəyirik ki, həmin səfirlik və səfir Azərbaycan-Fələstin əlaqələrinin inkişafına öz tövhəsini versin. Mən, həmkarım cənab Elmar Məmməyarovla birgə digər başqa məsələlər haqqında da müzakirələr aparmışıq, buraya siyasi problemlərlə bağlı fikir də daxildir. Bu səfirliyin açılması iki ölkə arasındakı əlaqələrin səhiyyə, təhsil və s. sahələrdə də inkişaf etdirmək üçün böyük imkan yaradır?. Azərbaycan və Fələstin digər sahələrdə də öz əlaqələrini qurmaq niyyətindədir. Qonaq deyib ki, iqtisadiyyat və təhsil sahəsində əlaqələrin genişləndirilməsi əsas məsələlərdən biridir: ?Təhsil əməkdaşlığının inkişaf etdirilməsi istər Azərbaycan, istərsə də Fələstin üçün strateji mövqedir. Mən, Azərbaycan Prezidentinə Fələstin Hökümətinin rəhbərindən məktub gətirmişəm. Sabah həmin məktubu cənab İlham Əliyevə təqdim edəcəyəm?. Nazir Maliki Elmar Məmmədyarovun yaxın zamanlarda Fələstinə səfərə də dəvət edib: ?İnanıram ki, səfər yaxın zamanlarda həyata keçəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA