Bu gün BMT-də erməni təcavüzü ilə bağlı hesabatların rəsmi təqdimatı olacaq

img

03-11-2009 [12:11]


Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Vaşinqtonda işgüzar səfərdədir. Azərbaycan XİN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu gün Araz Əzimov Ermənistanın Azərbaycana qarşı təcavüzünün hüquqi cəhətlərinə həsr olunmuş rəsmi sənəd kimi BMT-də yayılmış hesabatların rəsmi təqdimatında iştirak edəcək. Nazir müavini səfər çərçivəsində noyabrın 5-də Nyu-Yorkda Azərbaycan diplomatiyasının 90-cı ildönümünə həsr olunmuş konfransda da iştirak edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA