Fələstinin xarici izlər naziri Azərbaycana gəlir

img

28-10-2009 [11:59]


Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malikin oktyabrın 28-30-da Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat daxil olub. Səfər zamanı fələstinli nazirin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Görüşdən sonra mətbuat nümayəndələri üçün nazirlərin birgə mətbuat konfransı keçiriləcək. Səfər çərçivəsində Riyad Əl-Malikinin Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcəyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA