7126 nəfərin namizədliyi təsdiq edilib

img

21-10-2009 [07:22]


Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı 7126 nəfərin namizədliyi təsdiq edilib. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən olan məlumata görə, namizədlər 1075 bələdiyyə üzrə irəli sürülüb. Onların 1076 nəfəri qadınlardır. Bu vaxta qədər 9 siyasi partiya rəsmi olaraq namizəd irəli sürüb. Namizədliyi təsdiqlənmiş şəxslərdən 5828 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlayıblar. Onlardan isə artıq 73 nəfəri namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA