QHT sədri qəzada ölüb

img

06-02-2026 [17:17]


Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtomobil aəzasına düşən şəxs Masallı Ziyalıları İctimai Birliyinin sədri 79 yaşlı Qardaş Fətullayev olub.

Mia.az "Unikal"-a istinadla xəbər verir ki, Q. Fətullayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil aldıqdan sonra müəllim kimi fəaliyyətə başlamış, Masallı Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə təyin edilib. 9 il bu vəzifədə işləyib. Daha sonra 14 il ərzində Masallı Rayon XDS-də sədr müavini, Məişət Xidməti Kombinatının rəisi, yerli istehsal Kombinatının direktoru vəzifələrində çalışıb. Hazırda Masallı ziyalıları İB-nin sədri, YAP Masallı Rayon Təşkilatının, rayon Ağsaqqalar şurasının, rayon təhsil işçiləri həmkarlar komitəsinin Şura üzvü idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA