Tahir Abbaslı: ?Bayraq-bayraq oyunu durdurulmalıdır?

img

21-10-2009 [03:20]


Son günlər ciddi qalmaqallara və müzakirələr yol açan bayraq məsələsi az qala Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları unutdurub. Azərbaycan bayrağının Bursada təhqir olunması, Türkiyə bayrağınn isə Şəhidlər Xiyabanından götürülməsindən yana tərəflər bir-birini qınaq atəşinə tutub. Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı Müstəqil İnfomasiya Agentliyinə deyib ki, məsələlər son vermək lazımdır. AİDP sədrinin fikrincə, Bursada Azərbaycan bayrağına qarşı törədilən hörmətsizliyə cavab olaraq Türkiyə bayrağının şəhidlər xiyabınından, həm də Azərbaycan uğrunda şəhid olan türklərin şərəfinə ucaldılmış abidənin üzərindən götürmək əks reaksiya sayıla bilməz: ?Axı biz hardan bilirik ki, Bursada Azərbaycan bayrağını hakimiyyət nümayəndəsi zibil qutusuna atıb? Məncə əvvəlcə bunu araşdırmaq lazım idi. Hesab edirəm ki, biz adekvat addım atmamalı idik. Amma təssüf ki, bizim baş bilənlər Türkiyə bayrağını endirməklə kifayətlənməyib bundan təzyiq kimi istifadə etməyə girişdilər. Bu məncə xalqımıza baş ucalığı gətirmədi?. T.Abbaslı hesab edir ki, Azərbaycan bayraqlarını Bursaya Türkiyə Ermənistan matçına aparmaq ideyası yanlış olub: ?Mənə elə gəlir ki, bu, onsuz da həssas olan prosesi bir qədər də həssaslaşdırdı və Türkiyə Azərbaycan münasibətlərinə gecə-gündüz zərbə vurmağa çalışanlar bundan istifadə edib iki ölkənin ən incə hissiyatına toxunacaq bir prosesə rəvac verdilər. Bu mənada təkrar edirəm ki, bayraq məsələsi sərhəd açılımı məsələsini az qala unutdurub. İslam Demokrat Partiyasi olaraq bayraqların endirilməsi, yığışdırılması, zibil qutusuna atılması kimi təhqir üsullarına etiraz edirik. Hətta həmən bayraq düşmənlərimizin də olarsa belə, onun təhqir olunmasını ədalətli hesab etmirik. Hesab edirik ki, bayraqlarla belə rəftar kini və inadkarlığı artıran məsələdir. Ona görə də hər iki ölkənin liderləri bir an öncə bayraq-bayraq oyununu durdurmalıdırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA