Əvəz Temirxan: ??YAP-la da əməkdazlıq edə bilərik?

img

21-10-2009 [04:47]


Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyalar arasında yaranan gərginlik hələ də davam edir. Amma hərəkatın rəsmən parçalanması elan olunmayıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən hərəkata daxil olan Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan hərəkatın parçalanmasının məqsədəuyğun olmadığını bildirib. Onun sözlərinə görə, Qarabağla bağlı yaradılmış bir təşkilat fərqli siyasi mövqelərə görə parçalanmamalıdır: ?Hesab edirəm ki, hazırda hərəkat daxilindəki narazılıq Müsavatla Ümid Partiyası arasındakı siyasi mövqe fərqliliyi ilə bağldır. Yəni hər iki partiya Qarabağ məsələsi ilə bağlı birgə çıxış edə bilər, amma seçkiyə ayrı-ayrılıqda qatıla bilərlər. Hər halda mən həpəkatdakı partiyaların birgə fəaliyyətinin tərəfdarıyam. Liberal Partiya ilə bir yerdə olmaq üsün prinsipial siyasi mövqedə olmaq lazımdır. Hətta YAP da Qarabağ məsələsində bizim mövqeyə gələrsə, onlarla da əməkdaşlıq edə bilərik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA