Əli Əhmədov: ?YAP bələdiyyəyə namizədlərini müəyyənləzdirib?

img

14-10-2009 [02:01]


?Azərbaycanda 1700-dən yuxarı bələdiyyədə seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası bütün bələdiyyələrə namizədlər irəli sürmək niyyətindədir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri YAP sədrinin müavini, partiyanın icra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Ə.Əhmədov bildirib ki, seçkidə təxminən 20 minə yaxın şəxsin namizədliyi irəli sürüləcək: ?YAP-ın bələdiyyə seçkiləri üçün namizədlərini artıq müəyyənləşib. Seçki məcəlləsinə uyğun şəkildə namizədlərin irəli sürülməsi üçün zəruri sənədlər artıq hazırdır. Güman edirəm ki, bir neçə gün ərzində prosedur qaydalarına uyğun olaraq, namizədlərin siyahılarını Mərkəzi Seçki Komissiyasına və Dairə Seçki komissiyalarına təqdim edəcəyik?. Ə.Əhmədov sözlərinə görə, qadınların və gənclərin bələdiyyə seçkilərində faizi həddindən artıq azdır: ?Təxmini götürsək, 3-4 faiz civarında qadınlar, onlardan da az olmayan gənclərdir. Belə olmasına səbəb nə gənclərin, nə də ki, qadınların Azərbaycan cəmiyyətinin ictimai həyatındakı tutduğu yerə və demoqrafik xüsusiyyətinə uyğun gəlmirdi. Ona görə də, YAP Bələdiyyələrdə həm qadınların, həm də gənclərin xüsusi çəkisinin artırılması istiqamətində yeni təşviqat kampaniyalarına başladı. Nəticə olaraq irəliyə sürülən namizədlərin arasında gənclər və qadınlar nəzərə çarpacaq dərəcə də artıb. İrəli sürülən namizədlər arasında 30-35 faiz qadınlar, təxminən buna qədərdə gənclər təşkil edib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA