Müsavat Divanı bələdiyyə seçkilərinə hazırlığı müzakirə edib

img

19-10-2009 [06:11]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qərarların icra vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib. Yığıncağın əvvəlində 18 Oktyabr ? Müstəqillik Günü ilə bağlı partiyanın qərargahında keçirilmiş bayram tədbiri haqqında fikir mübadiləsi aparılıb və onun yüksək səviyyədə keçdiyi qeyd olunub. Bələdiyyə seçkilərinə hazırlığın gedişatı haqqında informasiya, o cümlədən Divan üzvü Qubad İbadoğlunun ölkənin şimal rayonlarında yerli müsavatçılarla keçirdiyi görüşlər barədə məlumat dinlənilib və bundan sonra görüləcək işlər haqqında tapşırıqlar verilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsas müzakirələr son vaxtlar xeyli gərginləşmiş Azərbaycan-Türkiyə münasibətləri haqqında olub. Qeyd edilib ki, Türkiyə-Ermənistan arasında protokolların imzalanması ilə başlanmış son proseslər partiya tərəfindən ciddi müşahidə edilir. Türkiyə dövlət rəhbərlərinin Azərbaycan ictimaiyyətinə verdikləri sözü tutacaqlarına inam ifadə edilib. Hər iki dövlətin rəhbərlərinin bu həssas dönəmdə son dərəcədə diqqətli olmalarının vacibliyi, Türkiyə-Azərbaycan münasibətlərinin hər iki dövlət üçün prioritet xarakter daşıdığı, bu münasibətlərə xələl gətirəcək addımların yolverilməzliyi bir daha vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA