Türkiyəli nazirdən Azərbaycana sərt təpki

img

19-10-2009 [04:32]


?Azərilər bizi bəzən bilmədən olsa, tək buraxdılarsa da, biz onları heç tək buraxmadıq. Bunlar qonşuluğumuza, qardaşlığımıza yaraşmayan şeylərdir?. Müstəqil İnformasiya Agentliyi ?habertürk.com?a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin dövlət naziri Suveren Hədiyyə Azərbaycan tərəfinin təbii qazın qiymətinə yenidən baxılması və türk bayraqlarının yığışdırılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Türkiyəni Avropa Şurası Parlament Assambleyasında tək buraxıb: ?Ermənistanla icra edilən müddətin hər mərhələsində onları məlumatlandırdıq. Bu müddət keçmişdə Azəri güclərin qorumaqda çətinlik çəkdiyi Qarabağdakı işğalın sona çatması üçün də böyük bir fürsətdir. İndi sanki bir şok yaşamışlar kimi bu cür addımlar atmaları qonşuluğumuza da qardaşlığımıza da yaraşmır. Hələ bayraqlarımızın endirilib, azanların kəsilib məscid qapılarına kilid vurulmasının, rusların Ukrayna və Gürcüstana etdiyi kimi təbii qazla əlaqədar təhdidlər sovrulmasının başa düşülməsi və Türk ictimai rəyinə izah edilməsi mümkün deyil. Ət dırnaqdan ayrılmaz. Bizim Azəri qardaşlarımıza nə qədər ehtiyacımız varsa, onların da bizə o qədər ehtiyacı vardır. Biz rəhmətlik Heydər Əliyevin dediyi kimi "Bir Millət, iki Dövlətik". Yanlışhesabın haradan dönəcəyini yaxşı bilən bir millətik. Ümid edirəm ki, bu müddət, Minsk qrupunun da bütün bölgə ölkələrinin də qatqıları ilə bütün Cənub Qafqaza dinclik, barış və zənginlik gətirər. Bu müddətdən hər kəs qazanclı çıxar. Bu fürsəti yaxşı qiymətləndirə bilməz iksə bir daha belə bir fürsət tutmamız çətin olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA