Afinada ATƏT PA-nın payız sessiyası keçirilib

img

14-10-2009 [02:44]


Afinada ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilib. Milli Məclis sədrinin müavini, ölkəmizin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi parlament konfransı ?Enerji təhlükəsizliyi və ətraf mühit? mövzusuna həsr olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ?Regional əməkdaşlıq və enerji təhlükəsizliyi?, ?İqlim və ətraf mühit sahəsinə dair siyasət ? Kopenhagenə doğru?, ?İnsanın təhlükəsizliyinin təmin edilməsi üçün təbii ehtiyatlardan optimal istifadə? mövzuları ətrafında müzakirələr aparılıb. ?Enerji təhlükəsizliyi və ətraf mühit? mövzusunda müzakirələrdə Milli Məclis sədrinin müavini Bahar Muradova da çıxış edib (AzərTAc). Daimi komitənin iclasında isə ATƏT-in Aralıq dənizi regionuna münasibətində perspektivlər və çağırışlar, həmçinin həmin bölgədə ticarət və iqtisadi əməkdaşlıq məsələlərinə baxılıb. Toplantıda Azərbaycan Milli Məclisinin deputatları çıxış edərək ölkəmizin bu məsələlərə dair mövqeyini çatdırıblar. Sessiya çərçivəsində Cənubi Qafqaz ölkələri parlamentarilərinin ayrıca üçtərəfli görüşü keçirilib. ATƏT PA-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin də iştirak etdiyi görüşdə Cənubi Qafqaz regionunda münaqişələrin həlli və təhlükəsizlik məsələləri müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA