Əhəd Abıyev: ?Belə siyasi oyunbazlar gəldi-gedərdi?

img

20-10-2009 [04:09]


?Biz, millət vəkilləri Türkiyə-Ermənistan sərhədlərinin açılmasına laqeyd qala bilmərik. Bu Azərbaycanın ümumi maraqlarına ziddir. Xaricdə təzyiq altında imzalanan sənədə biz soyuqqanlı yanaşmamalıyıq. Emosiyalara da qapılmaq olmaz?. Müstəqil İnformasiya Agetliyi xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında deputat Əhəd Abıyev səsləndirib. Onun sözlərinə görə, Azərbaycan regionda, tarixi və coğrafi baxımdan yerləşdiyi məkanda hər zaman uzaqgörən siyasət aparmalıdır: ?Hazırda bu siyasəti cənab Prezidentimiz yüksək səviyyədə aparır. Biz də dövlət başçımızın siyasətinə dəstək verib hamılıqla birlikdə müstəqil Azərbaycan dövlətinin ərazisini var qüvvəmizlə qorumalıyıq. Çünki Qarabağ məsələsində gözəgörünməyən qüvvələr çətinliklər yaradır. Azərbaycanla Türkiyə arasında ziddiyyətlər salmaq, şəkil yandırmaq, bayraq cırmaq olmaz. Bunlara ehtiyac yoxdur və hamı bilməlidir ki, bütün bunlardan maraqlı qüvvələr istifadə etməyə çalışır?. Millət vəkili bildirib ki, bu gün Türkiyədə hakim partiyada olan bəzi qüvvələr Azərbaycana xəyanət edə bilər, amma türk dövləti, türk milləti bunu heç bir vaxt etməz: ?Belə siyasi oyunbazlar Türkiyədə gəldi-gedərdi, ancaq bir millət iki dövlətin xalqlarını heç bir qüvvə bir-birindən incik sala bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA