AMDP beynəlxalq anti-türk qüvvələrdən Azərbaycana qarzı yürütdükləri mənfur siyasətdən əl çəkməyi tələb edir

img

13-10-2009 [06:12]


Azərbaycan Milli Demokrat Partiyası (AMDP) oktyabrın 10 ?da İsveçrənin Sürix şəhərində Türkiyə Cümhuriyyəti ilə qondarma ?Ermənistan? adlı siyasi-coğrafi qurum arasında razılaşma protokollarının imzalanmasına öz etirazını bildirir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, AMDP qeyd edir ki, protokolların mətnində ehtiva edilən maddələrdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin erməni işğalçılarından azad edilməsi barədə birbaşa və ya dolayısı olaraq heç bir tələb yoxdur. Əksinə, bu protokolların imzalanması ilə Türkiyə beynəlxalq hüquqi qüvvəyə malik 1921-ci il Moskva və 1924-cü il Qars anlaşmalarından imtina və anti-türk qüvvələrin yeni işğalları üçün meydan açmış olur. AMDP bu protokolların bağlanılması, imzalanması və gələcəkdə təsdiqini ?Ermənistan? adlı işğalçı bir qurumun mənafelərinə tam uyğun olduğunu vurğulayır. AMDP əzəli və tarixi Azərbaycan torpaqlarında yaradılmış süni ?Ermənistan? adlı qurumun Azərbaycan xalqına qarşı törətdiyi cinayələrə görə ?işğalçı? kimi qəbul edilməməsi, bu süni qurumun iqtisadi cəhətdən yaşaması üçün Türkiyə ilə sərhədlərinin açılması, qondarma ?erməni soyqırımı? adlı ucuz siyasi şounun şişirdilməsi kimi anti-türk, anti-Azərbaycan siyasətinin arxasında ABŞ, İngiltərə, Fransa, Rusitya və bu dövlətlərin Türkiyədəki marionet rejiminin durduğunu bildirir. Həmçinin, AMDP Türkiyə Cümhuriyyəti ilə işğalçı ?Ermənistan? arasında ?açılımı? dəstəkləyən bütün siyasi qüvvələri də Azərbaycana qarşı təcavüzün və soyqırımın ortağı kimi qiymətləndirir və erməni terrorizminin törətdiyi cinayətlər üçün Azərbaycan xalqı qarşısında cavabdehlik daşıyacağını bildirir. ?Demokratiya və insan haqlarının müdafiəsi?, ?millətlərin öz müqəddəratını təyin etməsi? pərdəsi altında bu dövlətlərin Azərbaycana qarşı yeritdiyi siyasət antitürk məna daşımaqdadır. AMDP bir daha vurğulayır ki, Azərbaycan Türklüyünə qarşı imperialist dövlətlərin anti-türk siyasəti məhvə məhkumdur. AMDP, beynəlxalq antitürk qüvvələrin bölgədə Türklük və Azərbaycan əleyhinə projesinin tərkib hissələri olan ?Ermənistan? və ?Dağlıq Qarabağ respublikası? adlı forpostun yaradılması və yaşaması kimi mənfur siyasətini puç etmək üçün bütün imkanlarından istifadə edəcəkdir. AMDP beynəlxalq anti-türk qüvvələrindən Azərbaycan Respublikası və Azərbaycan xalqı əleyhinə yürütdükləri mənfur və öncədən uğursuzluğa məhkum siyasətlərindən əl çəkməyi tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA