QAT Ermənistan nümayəndəsinin Bakıya səfəri ilə bağlı etiraz aksiyası keçirdi (yenilənib)

img

22-10-2009 [01:09]


Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 21-ci iclasında iştirak etmək üçün Ermənistan nümayəndəsinin və Türkiyənin xarici işlər naziri Davudoğlunun Bakıya səfərinə etiraz olaraq şuranın toplantısının keçirildiyi otelin qarşısında aksiya keçirməyə cəhd göstərib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bir qrup QAT üzvü ?Ermənilərlə dostluq etməyin!?, ?Davudoğlu, sən erməni tərəfdəsən!? plakatları ilə otelə doğru irəliləyərək, ?Erməniləri Bakıya dəvət edənlərə ar olsun!? şüarını səsləndiriblər. Lakin aksiya icazəsiz olduğunun ərazidəki polis əməkdaşları aksiyaya müdaxilə edib. Aktiv aksiya iştirakçılarından 5 nəfər polis tərəfindən saxlanılıb. Saxlanılanlar arasında QAT sədri Akif Nağı da var. Artıq piketdə həbs olunanlar sərbəst buraxılıblar. QAT sədri Akif Nağı deyib ki, özüylə birlikdə təşkilatın altı üzvü - İlqar Əliyev, Şahmar İbrahimov, Fərhad Ələkbərov, Teymur Mustafayev və Rafael həbs olunaraq Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə aparılmışdılar: ?Bizi ordan Yasamal Rayon Polis İdarəsinə apardılar və şifahi xəbərdarlıq edərək buraxdılar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA