ALP fəallarını hakimiyyətin təzyiqindən qorumaq üçün müzavirələrini evlərdə keçirir

img

13-10-2009 [04:22]


Azərbaycan Liberal Partiyası (ALP) qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı müşavirələr keçirir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən ALP-nin sədr əvəzi Əvəz Temirxanın sözlərinə görə, görüşlər əsasən ictimai yerlərdə deyil, partiya fəallarının evlərində keçirilir. ALP yetkilisi onu da vurğulayıb ki, ictimai yerlərdə görüş keçirmək partiyanın imkanı xaricindədir: ?Iqtidar 2006-cı ildə ?Azadlıq? bloku çərçivəsində nəinki açıq havada, hansısa qapalı zalda, hətta öz ofisimizdə bizə görüşməyə icazə vermirdi. Ona görə də biz taktikanı dəyişərək, görüşləri ev şəraitində keçiririk. Hakimiyyətin də xəbəri olmur ki, biz görüş keçiririk, bunu mətbuatda da xüsusi qabartmırıq?. Ə.Temirxan görüşlərin bir qədər gizli keçirilməsinin digər səbəbini də açıqlayıb: ?Yerli hakimiyyət orqanları əvvəlcədən biləndə ki, müxalifət bu və ya digər rayonda görüşlər keçirir, ona maneələr törədilir. Yerli fəallarımızı, onların yaxın qohumlarını müxtəlif təzyiqlərə məruz qoyurlar. Ona görə də biz fəallarımızı qorumaq xatirinə ehtiyyatla davranırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA