Əli Əhmədov ABŞ?ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə müzavirini qəbul edib

img

15-10-2009 [03:50]


YAP Sədrinin müavini ? İcra katibi cənab Əli Əhmədov ABŞ ? ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri xanım Coanna Qənseni partiyanın mənzil qərargahında qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Əli Əhmədov 2009 ? cu il, 23 dekabr tarixində Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq, tətbiq olunacaq yeniliklər, namizədlərin müəyyən olunması və onlarla iş, təbliğat işinin həyata keçirilməsi, bu ilki bələdiyyə seçkilərində gənclərə, eləcə də qadınlara verilən üstünlük haqqında geniş məlumat verib. Bundan əlavə, İcra katibi, payız sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun lahiyələri və onların perspektivi haqqında ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri ilə fikir mübadiləsi aparıb. Daha sonra YAP Sədrinin müavini Əli Əhmədov Türkiyə - Ermənistan münasibətinə toxunmuş, Türkiyə hökümətinin Azərbaycanın mənafeyini daima qoruduğunu bildirmiş və bu əlaqələrinin yüksələn xətlə inkişafda olacağına əminliyini vurğulayıb. Görüş zamanı Əli Əhmədov ATƏT ? in Minsk qrupunun fəaliyyətsizliyindən də şikayətlənmiş və Azərbaycan xalqının sözügedən qrupun qeyri ? obyektiv fəaliyyətindən narazı olduğunu qonağın diqqətinə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA