ismayıl Ağayev DAK-ın Azərbaycan nümayəndəliyinin sədri vəzifəsindən azad edilib

img

13-10-2009 [01:19]


Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia bir neçə sərəncam imzalayıblar. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qurumun həmsədrləri təşkilatın Nizamnaməsinə və özüylə razılaşmalarına əsasən, eyni zamanda ?Beynəlxalq Diaspora Mərkəzi? adlı bənzər bir quruma rəhbər təyin olunduğundan DAK-dakı vəzifəsini yerinə yetirə bilmədiyinə görə İsmayıl Ağayevi DAK-ın Azərbaycan nümayəndəliyinin sədri vəzifəsindən azad edib. Konqresin həmsədrlərinin digər sərəncamına əsasən, qurumun İdarə Heyətinin üzvü Səftər Rəhimli təşkilatın Nizamnaməsinə uyğun olaraq DAK-ın Azərbaycan nümayəndəliyinin sədri təyin edilib. DAK həmsədrlərin başqa bir sərəncamıyla Real Cəfərli DAK Mətbuat Xidmətinin rəhbəri təyin edilib. Eyni zamanda həmsədrlər 17 iyul 2008-ci il tarixli 2 saylı sərəncamı qüvvədən düşmüş sayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA