Türkiyə hakimiyyəti belə bağızlanmaz səhvə heç zaman yol verməz

img

13-10-2009 [12:03]


?Biz bu günə qədər Türkiyə ilə qədim tarixə, mənəviyyata, dilə, dinə, eyni köklərə söykənən dostluğumuzdan və qardaşlığımızdan qürur duymuşuq. Hər dəfə bu münasibətləri Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi "bir millət, iki dövlət" fəlsəfəsindən çıxış edərək dəyərləndirmişik və həmişə bildirmişik ki, Türkiyə və Azərbaycan bir millətin iki dövləti olaraq möhkəm dostluq və qardaşlıq telləri ilə fəaliyyət göstərdikdə, daha güclü və qüdrətli olurlar. Hər iki ölkədə bu dostluğun və qardaşlığın qorunmasına səylər göstərilib və nəticədə münasibətlər bugünkü səviyyəyə çatıb. Azərbaycanın maraqlarının əksinə olaraq, Türkiyə tərəfindən addımlar atılacaqsa, bu, bizim dostluq və qardaşlığımızın üzərinə böyük bir kölgə salacaq. Bu, bizi daha güclü edən birliyimizin üzərinə kölgə salacaq. Eyni zamanda, türk birliyinə böyük zərbə olacaq?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri YAP-ın Sədr müavini Əli Əhmədov Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar parlamentdə təsdiq olunarsa, bu, Azərbaycan-Türkiyə münasibətlərinə gələcək təsirini şərh edərkən bildirib. Ə.Əhmədov daha sonra qeyd edib ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına son qoyulmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması nəinki bağışlanmaz səhv, habelə Türkiyə-Azərbaycan münasibətləri tarixinə çətin silinən ləkə kimi daxil olardı. Hesab edirəm ki, Türkiyə hakimiyyəti belə bağışlanmaz səhvə heç zaman yol verməz.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA