DUi ümid və ADP-siz Qarabağ və Respublika Uğrunda Hərəkatla əməkdazlıq edə bilər

img

16-10-2009 [01:13]


Son günlər Qarabağ və Respublika Uğrunda Hərəkatdakı daxili narazılıq qurumdan kənardakı qüvvələri də dilə gətirib. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Demokratiya Uğrunda İttifaqın (DUİ) rəhbərlərindən olan Əhməd Oruc hərəkatın həqiqətən də ?təmizlənməyə? ehtiyacının olduğunu bildirib. Onun sözlərinə görə, bu günə kimi hərəkatla DUİ-nin münasibətlərindəki qeyri-müəyyənlik həmin quruma daxil olan partiyalardan bəzilərinin mövqelərinin tam müəyyənləşməmsi ilə bağlıdır: ?Bu qurumda hakimiyyətə münasibəti fərqi olan partiyalar bir araya gəliblər. Ona görə də bu qurumu müxalifət adlandırmaq bir qədər çətindir. Hakimiyyətin yanında olan bir sıra QHT-lər də bu qurumda idi. Əgər hərəkatda ?təmizləmələr? olarsa, DUİ bu qurumla əməkdaşlıq edər. Bu istiqamətdə addımlar atılmazsa, DUİ-nin Müsavat Partiyası ilə müəyyən istiqamətlərdə əməkdaşlığı baş tuta bilər?. DUİ yetkilisi onu da vurğulayıb ki, ?təmizlənmə? deyəndə Ümid Partiyasını və ADP-ni nəzərdə tuturlar. Onun sözlərinə görə, bu iki qurumun hakimiyyətə münasibətlərinin nədən ibarət olduğu bəlli deyil: ?ADP son illər gah YAP-ın süpürgəçisi ilə daloq aparmaq istəyir, gah hakimiyyətlə əməkdaşlığa can atır, gah da ən radikal addımlar atmağın tərəfdarı olur. Yəni bu partiya oriyentini itirib. Birliklərdə bu cür partiyaların mövcudluğu isə ciddi fəaliyyətə mane olur. Əgər Qarabağ və Respublika Uğrunda Hərəkat qeyd etdiyim partiyalardan ?təmizlənərsə?, DUİ onlarla əməkdaşlıq edə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA