ADP hakimiyyəti süni bahalazmaya səbəb olan iqtisadi siyasətə son qoymağa çağırıb

img

12-10-2009 [04:30]


Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət və bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə olunub. Toplantı iştirakçıları ilk olaraq dünyanın siyasi gündəmini zəbt edən və Azərbaycan siyasi mühitini ciddi narahat edən Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsini müzakirə edib. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair protokolların imzalanmasından təəssüfləndiyini qeyd edən İH üzvləri bu razılaşmanın hər iki ölkəyə təsir etmək imkanı olan beynəlxalq güclərin siyasi təkidi ilə baş tutduğunu qeyd edib. Eyni zamanda İdarə heyəti üzvləri Türkiyənin bu məsələyə təkcə Avropa Birliyinə inteqrasiya olunma yolunda əngəllərin aradan qaldırılması məsələsi kimi yanaşması və ilkin vədlərinə zidd olaraq Dağlıq Qarabağ məsələsinin bu razılaşmanın tərkib hissəsindən kənarda saxlaması nəticəsində ermənilərin mövqeyinin güclənməsinə və konfliktin çözülməsində Azərbaycana təzyiq etmək imkanlarının arta bilməsindən narahat olduğunu bildirib. Idarə heyəti üzvləri eyni zamanda Türkiyənin atdığı addımların hansı siyasi reallıqdan irəli gəldiyini və bölgənin nüfuzlu dövləti olaraq üzərinə düşən tarixi missiyanı yerinə yetirməli olduğunu həssaslıqla qəbul etməklə yanaşı bu razılaşmanın şərtlərinin Azərbaycanın siyasi mənafeyinə qarşı yönəlməyəcəyinə bir daha əmin olmaq istədiyini bildirib. ADP İdarə Heyəti həmçinin yaranmış yeni situasiyada Azərbaycanın Türkiyə ilə ən yüksək səviyyədə əlaqələrinin yenidən qurulmasının, o cümlədən ikitərəfli hərbi ittifaqın yaradılmasının zəruriliyini qeyd edib. MDB ölkələrinin Kişinyov sammitinin nəticələri barədə fikir mübadiləsi aparan toplantı iştirakşıları əksər MDB ölkələrinin qatılmadığı və siyasi çəkisi diqqəti cəlb etməyən bu sammitin siradan bir görüş olduğunu bildirməklə MDB-nin artıq ölü bir qruma çevrildiyini və tərkibinə qatdığı dövlətlərin iqtisadi və siyasi həyatında heç bir mühüm pol oynaya bilmədiyini diqqətə çatdırıb. Sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ probleminin çözülməsinə həsr edilən görüşün nəticəsiz qalmasını önə çəkən İH üzvləri bir daha Türkiyə ilə Ermənistan arasında ?Sərhədlərin açılmasına dair Protokol?un nəticəsinin guya problemin həllinə müsbət təsir göstərəcəyi barədə Türkiyə siyasilərinin qənaətlərinin yanlış olduğunu bildiriblər. İdarə Heyəti son günlər ölkə əhalisinin üzləşdiyi və hər bir ailənin güzəranını getdikcə ağırlaçdırdığı bahalaşmadan narahat olduğunu bildirib və bu faktorun heç də hakimiyyət yetkililərinin iddia etdiyi kimi bazar iqtisadiyyatının tələblərindən deyil, olkədə baş alıb gedən korrupsiya, rşvətxorluq və bütün iqtisadi sahələrin ayrı-ayrı monopolistlərin əlində cəmləşməsi kimi neqativ faktlardan doğduğunu diqqətə çatdırıb və hakimiyyəti müxtəlif yollarla süni bahalaşmaya səbəb olan iqtisadi siyasətin qarşısını almağa çağırıb. ADP İH həmçinin bələdiyyə seçkilərinə dair məsələni də bir daha müzakirə edərək, partiyanın Qarabağ və Respublika Uğrunda Hərəkatda əməkdaşlıq etdiyi digər partiyalarla bu seçkilərə dair mövqelərin tam aydınlaşmadığını nəzərə alaraq yekun qərarın qurumun bu həftəyə nəzərdə tutulmuş toplantısından sonra verilməsi qərarlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA