Milli Məclisin deputatı MDB PA-nın komissiya iclaslarında iztirak edəcək

img

14-10-2009 [02:42]


Azərbaycan Milli Məclisinin deputatı Dünyamin Xəlilov MDB Parlament Assambleyasının (PA) iqtisadiyyat və maliyyə məsələləri üzrə daimi komissiyasının iclaslarında iştirak etmək üçün oktyabrın 14-dən 16-dək Sankt-Peterburq şəhərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclaslarda ?Səhmdar cəmiyyətləri haqqında? model qanun layihəsi və model qanunların istifadəsi haqqında müzakirələr aparılacaq. Tədbirdə D.Xəlilovun ?MDB üzvü olan dövlətlərdə model qanunların istifadəsi? mövzusunda çıxışı nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA