ABŞ Dövlət Departamenti: "Azərbaycanda əsassız həbslər və saxlamalar davam edir"

img

09-06-2009 [12:02]


ABŞ Azərbaycan hökumətini sərbəst toplaşmaq və dinc nümayiş keçirmək hüququna hörmətlə yanaşmağa çağırır. Bu barədə ABŞ Dövlət Departamentinin dünya ölkələrində azadlıq və demokratiyanın vəziyyətinə dair illik hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, ABŞ rəsmiləri eyni zamanda dini etiqad azadlığına da hörmət olunmasını vacib hesab edirlər. ?Ölkənin insan haqqları sahəsi zəif olaraq qalır və 2008-ci ildə bəzi sahələrdə vəziyyət daha da pisləşib. Hakimiyyət ictimaiyyətin hökumətdə dinc dəyişikliklər etmək hüququna məhdudiyyətlər qoyub. Eyni zamanda seçki prosesində bəzi texniki məsələlərdə irəliləyişlər qeyd olunub. İnfrastrukturda irəliləyişlər edilməsinə baxmayaraq, həbsxanalarda vəziyyət çətindir və həyat üçün təhlükəlidir. Əsassız həbslər və saxlamalar, xüsusilə hökumət tərəfindən siyasi rəqib hesab olunan şəxslərin həbsi və məhkəmədən öncə saxlamaların üzunmüddətli olması davam edir. Hökumət insanları siyasi səbəblərə görə həbs edir. Hökumət bəzi xristian və müsəlman dini qrupların fəaliyyətinə qadağalar qoyur. Qadınlara qarşı zorakılıq halları qeydə alınıb. Hökumət insan alveri problemini aradan götürmək üçün bəzi addımlar atsa da, bu cür hallar davam edir?, - deyə hesbatda qeyd olunur. Hesabatda həmçinin bildirilir ki, korrupsiya, xüsusilə də məhkəmə sistemində və hüquq mühafizə orqanlarında geniş yayılıb. "Kütləvi informasiya vasitələrinin azadlığı və siyasi fəaliyyətdə iştirakı 2008-ci ildə pisləşib, xüsusilə, BBC, Amerikanın səsi və Azadlıq radiosu FM tezliklərindən çıxarılıb. ABŞ hökuməti insan haqqları sahəsində polislərin standartlara riayət etməsini, işgəncələrə, təhqirə və nalayiq hərəkətlərə görə məsuliyyətə cəlb olunmasını təmin etməyə cağırır. ABŞ hökuməti KİV azadlığının vacibliyini dəfələrlə qeyd edib. ABŞ rəsmiləri jurnalistlərin həbs olunmasından narahat olduqlarını bildiriblər. Radioların FM tezliyindən çıxarılması ABŞ-ı narahat edib. ABŞ hökuməti jurnalistlərə qarşı fiziki hücumlar edən şəxsləri məsuliyyətə cəlb etməyə çağırır. Eyni zamanda 2005 ?ci ildə öldürülən jurnalist- Elmar Hüseynovun qətlinin üstünün açılmasını və cinayəti törədəni məsuliyyətə cəlb etməyə çağırır". Qeyd edək ki, hesabat Dövlət Departamentinin saytında yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA